Bizə yazın [email protected]
KataloqGörüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, struktur bölmə rəhbərləri, "EVER Pharma"nın baş icraçı direktoru Yuliya Hillebrand, direktoru Corc Kavati və kommersiya xidmətləri üzrə rəhbər Maksimilian Şmitzberger və digər rəsmi şəxslər iştirak edib.
Tibb müəssissələrinin yeni dərman vasitələri və tibbi cihazlarla təmin edilməsi istiqamətində TƏBİB-in son dövrlər həyata keçirdiyi yeniliklər barədə məlumat verən A.Nəsirov bildirib ki, Anlaşma Memorandumunun tələblərindən irəli gələn yeniliklərin tezliklə həyata keçməsi üçün lazımi dəstək verməyə hazırdırlar.
"EVER Pharma" haqqında məlumat verən qonaq M.Şmitzberger qeyd edib ki, şirkət 1934-cü ildə təsis edilib və əsasən, sinir sistemi xəstəlikləri, onkologiya və bir sıra kritik tibbi sahələr üzrə ixtisaslaşıb. O bildirib ki, Almaniyanın Yena və Avstriyanın Unterax şəhərlərində yerləşən şirkət, əsasən, steril dozaj formalarının hazırlanması və istehsalı sahəsində seçilirlər və qazandıqları təcrübələri Azərbaycanla bölüşməyə hazırdırlar.
Qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını qeyd edən A.İsrafilov bu ilin əvvəlində TƏBİB rəsmilərinin Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində "EVER Pharma"ya və istehsal sahəsinə ziyarətini xatırladaraq, bundan sonra birgə həyata keçiriləcək səhiyyə layihələrinin uğurlu nəticələr verəcəyinə inandığını bildirib
Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycanda davam edən səhiyyə islahatlarının dəstəklənməsi, "EVER Pharma"nın ixtisaslaşdığı sahələr üzrə yeniliklərin ölkəmizdə tətbiq edilməsi və nəzərdə tutulan istiqamətlər üzrə tədbirlərin əhatə dairəsinin genişləndirilməsi məqsədini daşıyır.
"Böyük Qayıdış"a ürəkli dəstək - Səhiyyə Nazirliyi Xankəndidə ikigünlük müayinə aksiyası keçirdi
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Nərmin Verdiyev
Qarabağ Universitetində tibb təhsili üzrə beynəlxalq konfrans start götürdü
Süni intellekt və kvant texnologiyaları salmonellaların antibiotik müqavimətini ifşa edir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər
Bəzi xarici şirkətlərdən Azərbaycana məhsul idxalına qadağa qoyulub