Bizə yazın [email protected]
KataloqQarabağ Universiteti bu günlərdə "Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli" mövzusunda iki günlük beynəlxalq konfransa ev sahibliyi edir. Tədbir Qarabağ Universiteti Klinikasının təşəbbüsü ilə təşkil olunub.
Konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış universitet rektorları, səhiyyə mütəxəssisləri və tibb sahəsində çalışan peşəkarlar iştirak edirlər. Bu beynəlxalq tədbir, tibb təhsilinin gələcək inkişafı və müasir tələblərə cavab verən modelin formalaşdırılması istiqamətində mühüm addım hesab olunur.
Tədbirin açılışında çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov, belə tədbirlərin qlobal təcrübələrin paylaşılması və innovativ yanaşmaların tətbiqi baxımından əhəmiyyətini vurğulayıb:
"Qarabağ Universiteti tibb təhsilinin inkişafı istiqamətində öz missiyasını yerinə yetirməyə davam edəcək."
Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev isə konfransın əsas məqsədini belə izah edib:
"Bu konfrans metodologiyasının həm beynəlxalq standartlara uyğun, həm də yerli ehtiyaclara cavab verən tədris proqramlarının formalaşmasına töhfə verəcək."
Konfrans çərçivəsində iştirakçılar müxtəlif mövzularda panel müzakirələri, təqdimatlar, qrup işləri və çıxışlarla fikir mübadiləsi aparacaqlar.
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Nərmin Verdiyev
Süni intellekt və kvant texnologiyaları salmonellaların antibiotik müqavimətini ifşa edir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər
Bəzi xarici şirkətlərdən Azərbaycana məhsul idxalına qadağa qoyulub
Leykemiya xəstəliyinə ikiqat zərbə vuran müalicə üsulu hazırlanıb
Səhiyyə Nazirliyində “GE Healthcare” şirkətinin regional direktoru ilə görüş keçirilib