Bizə yazın [email protected]
Kataloq
Ünvan:
Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 3,10, AZ1075
Əlaqə nömrəsi:
012910
E-mail:
[email protected]
2003-cü ildə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzi bu illər ərzində sürətli inkişaf yolu keçərək Azərbaycan səhiyyə sistemində özünəməxsus yer tutub. Mərkəzimizin qısa müddət ərzində əldə etdiyi nailiyyətlər, etibar edilən bir tibb müəssisəsi kimi nüfuz qazanması uğurlu məqam kimi qiymətləndirilə bilər.
2014-cü il aprel ayında Rəşid Behbudov 128 ünvanında yerləşən “Müasir Diaqnostika Klinikası” françayzinq ilə “Sağlam Ailə” brendinin adı altında fəaliyyətə başladı. Mərkəz, etibarlı və özünü təsdiqetmiş sistem əsasında çalışır.
2014-cü il 9 noyabr tarixində isə Nərimanov rayonunda Mərkəz filialımız fəaliyyətə başladı. Ən son model avadanlıqlarla təchiz olunmuş və öz fəaliyyətində inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanan laboratoriyamız bu filialda daha da genişləndi. Burada keyfiyyətə müsbət təsir edə biləcək bütün amillər nəzərə alınıb, müayinələr bütün mərhələlərdə beynəlxalq standartlara, prosedur və təlimatlara ciddi riayət olunmaqla aparılır. Bütün bunların məntiqi nəticəsi olaraq laboratoriyamız 2014-cü ildə akkreditasiyadan uğurla keçərək ISO 15189:2012 standartını əldə etdi. Artıq Sağlam Ailə Tibb Mərkəzinə məxsus laborator nəticələr Avropada da tanınır.
Bir tibb müəssisəsi kimi filial şəbəkələrimizi genişləndirərək tibbi xidmət göstərməklə yanaşı, əhalinin maarifləndirilməsi istiqamətində gördüyümüz tədbirlər də xüsusi yerə sahibdir. Mütəmadi olaraq keçirdiyimiz konfranslar fəaliyyətimizin mühüm bir hissəsini təşkil edir. İctimai fəaliyyətimizin digər əsas aspektini universitet tələbələri, gənclər təşkilatları, dövlət orqanlarının əməkdaşları üçün təşkil etdiyimiz təlimlər, məlumat turları, regionlarda etdiyimiz səyyar müayinələr tutur.
Əhalinin maarifləndirilməsi istiqamətində atdığımız digər mühüm addımlardan biri kitablar nəşr etdirməkdir. “Клинические Аспекты Бактериальныx Дерматозов”, “Tibbi Genetika”, “Qan Donorluğu, Məhkəmə Təbabəti”, “İlk Tibbi yardım” və.s kitablarımızı buna misal olaraq göstərə bilərik.
Göstərdiyimiz yüksək keyfiyyətli xidmətdə bizim ən dəyərli sərvətimiz əməkdaşlarımız xüsusi rola malikdir. Onların səriştəsi, peşəkarlığı, təcrübəsi və əzmkarlığı uzunmüddətli uğurlarımızın əsasını təşkil edir. Sağlam Ailə Tibb Mərkəzinin bu pilləyə qalxmasında və müvəffəqiyyətlər əldə edərək seçilməsində iştirak edən pasiyentlərimizə, həkimlərimizə və əməkdaşlarımıza dərindən təşəkkür edir, birlikdə yeni nailiyyətlər qazanmağı arzulayırıq.
Filiallar:
- Nərimanov filialı: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 3,10, AZ1075 (Şəki restoranının yaxınlığı), (012) 910; (012) 440-13-00
- 28 May filialı: Bakı şəhəri, Rəşid Behbudov küçəsi 56, AZ1014 (“OVİR”in yanı), ƏLAQƏ: (012) 910; (012) 440-13-00
- Sumqayıt filialı: Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 46, AZ5007 ( Şəhidlər xiyabanından Pioner Ticarət Mərkəzinə gedən yolda Cəfər Cabbarlı heykəli ilə üzbəüz), (012) 910; (012) 440-13-00
- Mikrorayon filialı: Bakı şəhəri, Asif Məhərrəmov küçəsi 156C, AZ1102 (3-cü mikrorayon dairəsindən Şamaxinkaya gedən yolda), (012) 910; (012) 440-13-00
- Gəncə filialı: Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi (İmperial şadlıq sarayının yanı), (012) 910; (012) 440-13-00